"Neftçi"nin almaq istədiyi futbolçu bilindi: Türkiyədən də klub istəyir - FOTO

"Səbail"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafiəçi Rüfət Abdullazadəyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.

"Səbail"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafiəçi Rüfət Abdullazadəyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.

meqale.com sportinfo.az-a istinadən xəbər verir ki, futbolçu ilə "Neftçi", "Sabah" və "Zirə" maraqlanır.

24 yaşlı cinah oyunçusunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.

Bu mövsüm 25 görüşdə 5 qol vuran və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən "Sumqayıt"ın yetirməsinin "Səbail"də qalıb-qalmaması yekun turnir cədvəlindən asılıdır.