“Neftçi”nin baş məşqçisi: “Komandam son matçlarda pis oynamır"

"Oyuna yaxşı başladıq, istəkli idik. Futbolçular da bu matça yaxşı hazırlanmışdı. Bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaranmışdı".

“Neftçi”nin baş məşqçisi: “Komandam son matçlarda pis oynamır
"Oyuna yaxşı başladıq, istəkli idik. Futbolçular da bu matça yaxşı hazırlanmışdı. Bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaranmışdı".

meqale.com-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis dəyişikliklərin həmişə uğurlu olmadığını bildirib: "Hücumu gücləndirmək istəyimiz bu dəfə alınmadı, bacarmadıq. Realist olmalıyıq. Rəhman Hacıyev və digərləri də fikirləşməlidirlər ki, belə meydana çıxmaq olmaz. Rəqib 10 nəfərlə qalanda sanki rahatlaşmışdıq. Etdiyimiz səhvdən sonra qol buraxdıq. Üzülürük. Amma qarşıdakı oyunlara köklənəcəyik".