“Nənə və babalar bütün günü “TikTok”dadır”

"Mən qalmaqalsız müğənnilərdənəm. Xoşlamıram bu kimi məsələləri, çünki təbiətim budur".

“Nənə və babalar bütün günü “TikTok”dadır”
"Mən qalmaqalsız müğənnilərdənəm. Xoşlamıram bu kimi məsələləri, çünki təbiətim budur".

meqale.com xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Künc-bucaq" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, bir sıra məşhurlar sənətləri ilə deyil qalmaqalları ilə gündəmə gəlirlər:

"Mənim özüm üçün də maraqlıdır. Hərdən özümə sual verirəm ki, görəsən niyə filan müğənni oxumağı, klipi, gördüyü layihələri ilə deyil, davası, qırığını, sataşması, söz atmağı, geyimi ilə gündəmə gəlir. Baxıb görürsən ki, həmin o bəzi müğənnilər "TikTok"da və hər hansı başqa sosial şəbəkədə canlı yayım açır və ona yüz minlərlə insan baxır. Orada 99 faiz insan onu orada təhqir edir, ağzına gələn söyüşləri söyür, alçaldır amma yenə də oradadır. Əgər sən onu söyürsənsə, bəyənmirsənsə, xoşuna gəlmirsə, buna qıcığın varsa və əsəbin varsa niyə onun səhifəsinə və ya canlısına daxil olursan?"

Bir çox ailələrdə sosial şəbəkəyə olan marağın artmasından söz açan Bağırov bu halın xoş təəssürat yaratmadığını bildirib: