"Neokoloniolizmə qarşı mübarizəmiz davam edəcək "

Bakı Təşəbbüs Qrupu artıq rəsmi fəaliyyətə başladı.

Bakı Təşəbbüs Qrupu artıq rəsmi fəaliyyətə başladı.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

"Neokoloniolizmə qarşı mübarizəmiz davam edəcək. Qoşulmama Hərəkatında Azərbaycan sədrliyi yekunlaşmaq üzrədir. Bundan sonra koloniolizmə qarşı mübarizəni Bakı Təşəbbüs Qrupu aparacaq. Qərargah olaraq dünyanın müxtəlif yerlərində müstəmləkəçiliyə qarşı əməkdaşlıqlar edəcəyik",- deyə o əlavə edib.

Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.