Netanyahu: Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq

İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.

meqale.com APA-ya istinadən bildirir ki, Netanyahu bu barədə yəhudi dövlətinin həftəlik hökumət iclasında deyib.

"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir" - Netanyahu bildirib.