Netanyahu Şolts, Meloni, Sunak və Zelenski ilə danışdı
İsrail Baş naziri Benyamin Netanyahu almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corciya Meloni və Rişi Sunak və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sözügedən ölkələrin rəhbərləri İsrailin özünü müdafiə hüququnu dəstəkləyib.
Xatırladaq ki, HƏMAS "İslami-Cihad"la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.