Nəvai onu təhqir edənlərin CAVABINI VERDİ

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov onu təhqir edən izləyicilərinə sərt cavab verib.

Nəvai onu təhqir edənlərin CAVABINI VERDİ
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov onu təhqir edən izləyicilərinə sərt cavab verib.

meqale.com axşam.az-a istinadən bildirir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək, izləyicilərinə səslənib:

"Hörmətli izləyicilər, əgər kimsə mənim "Instagram" səhifəmdəki hekayələrimi bəyənmirsə, abunəlikdən çıxa bilər. Amma Vətənə, doğulduğum torpağa olan sevgimə görə üstümə palçıq atırsınızsa, o zaman pis mesajlar yazanların hamısı bir araya gəlsin, burnunu çəksin, mən sizin... Sadəcə, bunu birbaşa mesajlarda yazmaqdan yoruldum, ona görə də buraya yazıram. Açıqcasına, yaxşı yumorla və tərəddüd etmədən... Bir-birinizi sevin. Yeni iliniz mübarək".