Nicat hindistanlı şahmatçı ilə üz-üzə
Bu gün şahmat üzrə İddiaçılar Turnirində V turun oyunları keçiriləcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Dommaradju Qukeşlə qarşılaşacaq.
Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayacaq. Nicat Torontoda ilk qələbəsini qazanmağa çalışacaq.
İddiaçılar Turniri V tur, 9 aprel Alireza Firuzya - Hikaru Nakamura Dommaradju Qukeş - Nicat Abasov Vidit Santoş Qujrati - Fabiano Karuana Rameşbabu Praqnanandja - Yan Nepomnyaşi
Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) - 3, 2. Dommaradju Qukeş (Hindistan) - 2,5, 3. Fabiano Karuana (ABŞ) - 2,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) - 2, 5-7. Alireza Firuzya (Fransa) - 1, Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) - 1, 8. Vidit Santoş Qujrati (Hindistan) - 1,5..