Niderlandda kafedə girov qalanlar azad edildilər - YENİLƏNİB - VİDEO - FOTO

16:54 Niderland polisi "Petticoat" kafesində insanları girov götürən şəxsi saxlayıb.

Niderlandda kafedə girov qalanlar azad edildilər - YENİLƏNİB - VİDEO - FOTO
16:54 Niderland polisi "Petticoat" kafesində insanları girov götürən şəxsi saxlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanından xəbər verilib.

"Sonuncu girov indi azad edildi. Bir nəfər həbs edilib", - deyə polisdən bildirilib.

Hüquq-mühafizə orqanının əməkdaşı hələlik başqa məlumat verə bilməyəcyini vurğulayıb.

Məlumata görə, hücumçu gecə klubundan əlləri yuxarı çıxaraq təslim olub.

Ümumilikdə kafedə beş girov olub. Onlardan əvvəlcə üçü, sonra isə ikisi azad edilib.

---------- 15:37 Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs "Petticoat" əyləncə mərkəzindəki kafedə insanları girov götürüb. 

meqale.com oxuya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bir nəfər silah və partlayıcı ilə binaya daxil olaraq partlayış törətməklə hədələyib.

Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.

Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək olub. Əməliyyat davam edir.

Polis Ede sakinlərini mərkəzə gəlməməyə çağırır. Şəhərin bir hissəsi mühasirəyə alınıb, mağazalar hələ də bağlıdır. Ehtiyat tədbiri olaraq 150-yə yaxın ev təxliyə edilib.