Niderlandda körpü uçdu - Ölənlər var
Niderlandın Loxem şəhəri yaxınlığında tikintisi davam edən körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.
"Körpünün tikintisi zamanı insident baş verib", - məlumatda qeyd edilib.