Nigardan yenidən ailə qurması ilə bağlı suala cavab

Əməkdar artist Nigar Şabanova sosial mediada izləyicilərindən gələn sualları cavablayıb.

Nigardan yenidən ailə qurması ilə bağlı suala cavab
Əməkdar artist Nigar Şabanova sosial mediada izləyicilərindən gələn sualları cavablayıb.

meqale.com axşam.az-a istinadən bildirir ki,  xanəndənin ona ünvanlanan "Yenidən ailə qurmağı düşünürsünüz?" sualına reaksiyası belə olub:

"Bu bir qismətdir. Olarsa, niyə də yox".

Nigar hazırda həyatında kiminsə olub-olmamasına isə belə aydınlıq gətirib:

"Hələ ki, sükutdur. Qısqanclığı mənasız bilirəm. Bir insan nədirsə odur, qısqanmağın mənası yoxdur. Qısqanc olub özümü üzməkdənsə, qapının yolunu göstərmək yaxşıdır".