Nigerdə onlarla insan həlak oldu, matəm elan edildi
Nigerin cənub-qərbində yaraqlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub, daha 9 nəfər yaralanıb.
meqale.com report-a istinadən bildirir ki, bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, hadisə Tillaberi regionunda Tera departamentində baş verib. Silahlı terror qruplaşması tərəfindən törədilən hücumun qurbanları 20 hərbçi və 1 mülki şəxsdir.
Hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.