Nikaraquada avtobus qəzaya uğrayıb - xeyli sayda ölən var
Nikaraquanın mərkəzində, Mataqalpa departamentinin Manseras bələdiyyəsi yaxınlığında içərisində təxminən 70 nəfərin olduğu sərnişin avtobusu aşıb.
meqale.com oxuya istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər həlak olub, 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralanıb.
Avtobus Mataqalpa - Vaslala marşrutu üzrə hərəkət edib.