"Nikosayağı" ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA

"Nicat və Ruslanın ailələri arasında mübahisənin düşməsi yayılan məlumat yalandır. Bunlara inanmayın".

"Nicat və Ruslanın ailələri arasında mübahisənin düşməsi yayılan məlumat yalandır. Bunlara inanmayın".

meqale.com xəbər verir ki, bu sözləri blogerin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.

O həmçinin deyib ki, Nicat Şakirliyinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.

Qeyd edək ki, Bakıda Nizami rayonu, Heydər Əliyev prospektində Nicat​ Şakirlinin idarə etdiyi "Porsche" markalı​ avtomobil qarşıda gedən "Scania" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı"nın isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.