Nobel mükafatı laureatı yenidən həbsxanaya göndərildi
Myanmanın keçmiş baş naziri, Nobel sülh mükafatı laureatı, 78 yaşlı Aun San Su Çji yenidən həbs edilib.
meqale.com oxuya istinadən bildirir ki, onun səhhəti pisləşib. Eks-baş nazirin həkimə getməsinə icazə verilməyib.
Xatırladaq ki, avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aun San Su Çjini əfv etdiyi barədə məlumat yayılıb. O, 2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi tərəfindən seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Hərbçilərin iddia etdiyi kimi, buna səbəb 2020-ci ilin noyabrında keçirilən seçkidə irimiqyaslı saxtakarlığın olmasıdır.