Növbəti helikopter qəzası - ölənlər var
Almaniyanın şərqində hərbi təlim uçuşu zamanı helikopter qəzaya uğrayıb.
meqale.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə naziri Boris Pistorius DPA agentliyinə açıqlamasında bildirib.
Nəticədə azı iki nəfər həlak olub. Nazirin sözlərinə görə, daha bir nəfər itkin düşmüş hesab olunur.