“Nu, poqodi”nin bəstəkarı vəfat etdi
Məşhur "Nu, poqodi" cizgi filminin mahnısına musiqi yazan macar bəstəkar Tamaş Deak vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə MTI xəbər agentliyi məlumat yayıb.
"Cizgi filmləri üçün musiqi bəstələyən Tamaş Deak 96 yaşında vəfat edib", - deyə agentlik məlumat yayıb.