"Nüvə silahımız var"
Belarusun nüvə silahı var.
meqale.com BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən bura nüvə başlıqları gətirdim: bir deyil, on ədəd", - o vurğulayıb.
A.Lukaşenko bu bəyanatı nüvə silahı olmayan, lakin böyük gücə malik olan Rusiyanın "Oreşnik" raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən səsləndirib.