Nyu Yorkda silahlı atışma: 2 nəfər öldü
ABŞ-ın Nyu York ştatının Roçester şəhərində kütləvi atışma baş verib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 qadın ölüb, 5 nəfər yaralanıb. İnsident yüzlərlə insanın tədbir üçün toplaşdığı Meyplvud Parkında baş verib. Atəşin neçə nəfər tərəfindən açıldığı aydınlaşdırılır.
Hadisəyə görə hələlik heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.