“Sədərək”də mağazadan 10 min manat oğurlandı
"Sədərək" Ticarət Mərkəzində oğurluq olub.
meqale.com lente istinadən bildirir ki, ticarət mərkəzində yerləşən Nemət Xaspoladova məxsus mağazadan 10 min manat pul oğurlanıb.
Mağaza sahibi bu barədə polisə şikayət edib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.