O, 2023-ün ən çox dincələn Prezidentidir - FOTOlar

ABŞ prezidenti Co Bayden 2023-cü ilin üçdə bir hissəsindən çoxunu tətildə keçirib.

O, 2023-ün ən çox dincələn Prezidentidir - FOTOlar
ABŞ prezidenti Co Bayden 2023-cü ilin üçdə bir hissəsindən çoxunu tətildə keçirib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Post"da məqalə yer alıb.

Belə ki, Bayden ilin 138 gününü (bütün ilin 37%-i) istirahət edib. Onun bir nömrəli istirahət məkanı Delaverdəki iqamətgah olub.

Nəşrdə qeyd olunub ki, Bayden həmçinin Kemp Deviddə (Merilend), Karib dənizindəki Sent-Krua adasında (ABŞ Virciniya adaları) və Taho gölündə (Nevada) vaxt keçirib.