O, axmaqlıq etdi, ölkəni koloniyaya çevirəcək - Maduro

Argentinanın BRİKS-ə qoşulmaqdan imtinası Latın Amerikası ölkəsinin özünə qarşı yönəlmiş ən axmaq addımıdır.

O, axmaqlıq etdi, ölkəni koloniyaya çevirəcək - Maduro
Argentinanın BRİKS-ə qoşulmaqdan imtinası Latın Amerikası ölkəsinin özünə qarşı yönəlmiş ən axmaq addımıdır.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

Maduro Argentina Prezidenti Xavyer Mileyin BRİKS-dən imtinasının Argentina və argentinalılara qarşı addım olduğunu vurğulayıb.

Maduronun sözlərinə görə, Miley Argentinanı 19-cu əsrə qaytaracaq və ölkəni Cənubi Amerikada yeni koloniyaya çevirəcək.