O da Baydendən müsahibə almaq istəyir

Rusiyanın "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib.

O da Baydendən müsahibə almaq istəyir
Rusiyanın "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, müraciətin surətini "RİA Novosti" dərc edib.

Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib.

"Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək və ABŞ-lə Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk", - məktubda qeyd olunub.

Bildirilir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır.