O hesabatı hazırlayanlar erməni diasporunun əsirinə çevriliblər - Səyavuş Heydərov
Dünyamız nizamsızlığa doğru irəliləyir. Nəticədə, dinlər siyasi və imperialist maraqlar üçün alətə çevrilir. Bunun acı nəticəsini Yaxın Şərqdə görürük. Bu mənada, beynəlxalq təşkilatlar öz məsuliyyətlərini dərk etməlidirlər. Bu gün, çox təəssüf ki, inanclıların istismarı prosesi gedir.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov "Dinin siyasiləşdirilməsi: zərərli təsirlər" mövzusunda konfransdan öncə jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Azərbaycanda dini mühit sabit və şəffafdır:
"Dini həmrəylik ölkəmizin tarixində ən yüksək həddədir. Biz bu birliyi Vətən müharibəsi dövründə də gördük. Dövlət tərəfindən icmalara hər cür dəstək göstərilir. ABŞ-nin verdiyi hesabat yanlış və qərəzlidir. Mənşəyi məlum deyil. Hətta buna mən küçədən yığılmış məlumat deyərdim".
S.Hüydərov qeyd edib ki, hesabat yayan şəxslərlə dəfələrlə görüş keçiriblər:
"Onlar bizə daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər. Amma hesabatda görürük ki, bu belə deyilmiş, burada erməni diasporunun izləri görünür. Yəni o hesabatı hazırlayanlar diasporun əsirinə çevriliblər".