O İrlandiyanın ən gənc baş naziri olacaq
Saymon Harris İrlandiyanın yeni və ən gənc baş naziri olacaq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
Məlumata görə, baş nazir postuna ondan başqa namizəd olmayıb.
Qeyd edək ki, 37 yaşlı Saymon Harris hazırda ali təhsil naziridir. O aprelin 9-da, Pasxa tətilindən sonra rəsmi olaraq Baş nazir olacaq.