O, Putinlə görüşdü, üç gün sonra hücum başladı - Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, onun rəqibi Kamila Harris 2022-ci ilin əvvəlində Vladimir Putinlə görüşüb.

O, Putinlə görüşdü, üç gün sonra hücum başladı - Tramp
ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, onun rəqibi Kamila Harris 2022-ci ilin əvvəlində Vladimir Putinlə görüşüb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Bayden Ukraynadakı müharibəni dayandırmaq üçün Harrisi Avropaya göndərdiyi vaxtı xatırlayın. O, Putinlə görüşüb, üç gün sonra isə Putin hücuma keçib. O nə etdi? Sizcə o, öz işini yaxşı görüb? O, Putinlə "bunu etmə" demək üçün görüşmüşdü. Üç gün sonra Putin hücum etdi", - o bildirib.

Nəşr qeyd edir ki, Trampın sözləri reallığa uyğun gəlmir. Onların məlumatına görə, Harris heç vaxt Putinlə görüşməyib.