"O qədər ağlamaq istəyirdim, amma vaxtım yox idi"
Aktrisa Üzel Kərimova paylaşımı ilə diqqət çəkib.
meqale.com xəbər verir ki, sənətçinin bu sözləri müzakirələrə səbəb olub.
"Həyatda olanla bilinən o qədər fərqlidir ki, mən artıq başqalarının mənim üçün düşündüyünü yaşamaq istəyirəm. Bu gün səhər oyananda heç nəyə çata bilmədiyimdən o qədər ağlamaq istəyirdim, lakin ağlayacaq vaxtım da yox idi. Bu gün səhəri yenə qaça-qaçla açdım. Bu günüm də hər günüm qədər doludur, sizi yormayım çox, gedim işləri görüm. Çox istəyərdim hər şey bilindiyi kimi olsun".