“O sözdən sonra ayaqyoluna keçib çoxlu ağladım” - VİDEO - FOTO

Aktrisa Zarina Qurbanova stilist Anar Ağakişiyevlə bağlı maraqlı xatirəsini bölüşüb.

“O sözdən sonra ayaqyoluna keçib çoxlu ağladım” - VİDEO - FOTO
Aktrisa Zarina Qurbanova stilist Anar Ağakişiyevlə bağlı maraqlı xatirəsini bölüşüb.

meqale.com olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə elə Anarın öz verilişi "Dəyişən cavab"da danışıb.  Zarina deyib ki, illər əvvəl çəkilişlərin birində Anar onu acılayıb:

"Mən gəlmək istəmirdim. Bu tip verilişləri sevmirəm. Özüm haqda nələrisə danışmaqdan, travmalarımı oyatmaqdan qorxuram. Amma gəldim, səbəbim də var. Sizin adınızı eşitdiyim üçün gəldim. Yadınızda olmaz, 17 il əvvəl mən 17 yaşımda ilk dəfə hansısa reklam çarxına təsdiqlənmişdim. Birinci kursda oxuyurdum. Orada sadəcə barmaqlarım düşəcəkdi. Çox həvəsli idim, aktrisa olmaq istəyirdim. Sizi də orada görməyimə çox sevinirdim ki, bu insanlara bir yerdəyəm. Fikirləşirdim ki, məni bəzəyəcəksiniz, əslində ehtiyac yox idi, bir barmağım görünəcəkdi.