O, yalan deyir: Nikol bizi Qarabağda pis duruma saldı
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı açıqlamaları başdan-başa yalandır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
"Cənab Qriqoryan Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda o, şefinin ağlına gələni öz dilində proqnozlaşdırır və ya ictimailəşdirir. Bu kontekstdə söhbət açıq-aşkar yalanlardan gedir", - K.Zatulin bildirib.
Rusiyalı deputat qeyd edib ki, Qarabağ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün təkcə lazımsız deyil, həm də daxildə zərərlidir, ona görə də o, qərbli dostlarının yolunu seçib.