"Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyinə start verildi

Bakıda yerləşən Milli Gimnastika Arenasında "Ocaq Sport" klubunun bədii gimnastika üzrə "B" kateqoriyalı açıq birinciliyinin yarışlarına start verilib.

Bakıda yerləşən Milli Gimnastika Arenasında "Ocaq Sport" klubunun bədii gimnastika üzrə "B" kateqoriyalı açıq birinciliyinin yarışlarına start verilib.

meqale.com Trend-ə istinadən bildirir ki, yarışlarda dünyanın 24 klubundan 206 gimnast iştirak edir.

Yarışlarda "Ocaq Sport" klubunun paytaxt bölməsinin təmsilçiləri ilə yanaşı, klubun Ağdaş bölməsinin, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, Su İdmanı Sarayının, "Grasiya" idman klubunun, "Zirə" Mədəniyyət Mərkəzinin, Gəncə Olimpiya İdman Kompleksinin, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin, "Qədiroğlu" idman klubunun, "Talaçay" kompleksinin (Zaqatala), Oğuz, Qəbələ, Qax, Qusar, Göyçay, Gəncə, Şağan, Şəmkir, Şirvan, Sumqayıt və Abşeron Olimpiya İdman Komplekslərinin təmsilçiləri iştirak edirlər.

"Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyi 14-15 noyabr tarixlərində keçirilir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun