Okan Buruk qərarını verdi – Qalatasarayda gözlənilməz ayrılıq gündəmdə - FOTO

Qalatasarayda qış transfer dönəmi yaxınlaşdıqca kadr planlaması sürətlənib. Bu mövsüm gözləntiləri qarşılamayan Berkan Kutlunun komandadan ayrılması ehtimalı ciddi şəkildə gündəmə gəlib.

meqale.com xəbər verir ki, baş məşqçi Okan Buruk, 27 yaşlı yarımmüdafiəçidən bu mövsüm istədiyi performansı ala bilməyib. Berkan Kutlu indiyə qədər cəmi 4 matçda forma geyinib, meydanda cəmi 48 dəqiqə qalıb.

Klub rəhbərliyinin qış transfer pəncərəsi üçün hazırlıqlara başladığı və Berkan Kutlunun satış siyahısına əlavə oluna biləcəyi bildirilib. Əgər futbolçu performansında ciddi dəyişiklik etməsə, komandadan ayrılması böyük ehtimal kimi qiymətləndirilir.