Öldürülən HƏMAS liderinin xanımının 32 min dollarlıq çantası - FOTO

İsrail ordusu bir neçə gün öncə öldürülən HƏMAS Siyasi Bürosu rəhbəri Yəhya Sinvarın həyat yoldaşının təxminən 32 min dollar dəyərində "Hermes Birkin" çantası ilə yeraltı bunkerə sığındığını göstərən video yayımlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, görüntü HƏMAS-ın təhlükəsizlik kamerası tərəfindən 6 oktyabr 2023-cü ildə hərəkatın İsrailə böyük hücumu ərəfəsində çəkilib. Videoda Sinvarın həyat yoldaşı və üç uşağı ilə tuneldən keçərək bunkerə girdiyini görmək olur. Qadının əlində "Hermes Birkin Black Togo" çantası var.

HƏMAS lideri daha sonra hər iki istiqamətdə bir neçə dəfə kameranın yanından keçir, yemək, su və şəxsi əşyalar olan çantaları daşıyır. O, ailəsi ilə birlikdə ən azı bir neçə gün bunkerdə qalmağa hazırlaşır.