Ölkənin "vəziyyətinə baxan" avtoritet turistləri döydü - FOTO
Başqırdıstanda iş adamı Stanislav Kulikov turistləri döyüb.
meqale.com Rusiya mediasına istinadla bildirir ki, hadisə İqlinski rayonunda baş verib. İş adamı həyat yoldaşına məxsus çimərlikdə istirahət edən ailəni döyməkdə ittiham olunur. Müstəntiqlərin sözlərinə görə, o, turistləri qovmaq qərarına gəlib və onlara hücum edib. Lakin Kulikovun yaxınları onun sadəcə olaraq həyat yoldaşını müdafiə etdiyini iddia edirlər.
Kulikov saxlanılıb və xuliqanlıqda ittiham olunub.