Ölü at və eşşək əti satırmış
Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib.
Bu barədə Mİlli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.