Onlar 3 min manatdan çox maaş alır

2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) meqale.com-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3491,7 manat, qeyri neft-qaz sektorunda 872,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 886,8 manat, özəl müəssisələrdə isə 958,5 manat olub.