Onları belə yad etdilər... - VİDEO
Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.
meqale.com türk mediasına istinadla xəbər verir ki, 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 24 min 147 nəfərin həyatını itirdiyi Hatayda vətəndaşlar faciənin 2-ci ildönümündə bir araya gəliblər İnsanlar faciənin baş verdiyi zamanda yəni - saat 04.17-də səssiz yürüş keçiriblər. Yürüşdə Hatay valisi Mustafa Masatlı, Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Öntürk, zəlzələdə yaxınlarını itirənlər və digər vətəndaşlar iştirak edib.
Həmin görüntüləri sizə təqdim edirik: