Orban: Atəşkəslə bağlı Rusiyanı razı salmaq mümkün oldu

"Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub".

Orban: Atəşkəslə bağlı Rusiyanı razı salmaq mümkün oldu
"Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub".

meqale.com report-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, söyləyib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümidin olduğunu göstərəcək: "Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür".

Orban, həmçinin qeyd edib ki, rəsmi Kiyev təxribatlara getməməlidir: "Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib- etməmək barədə məsuliyyət daşıyır".

Baş nazirin fikrincə, ABŞ-da Donald Trampın hakimiyyət dövrünün başlanması Ukraynadakı müharibəyə də təsir edəcək: "Onun and içməsinə təxminən bir ay qalıb. İndi əhəmiyyətli məsələ and içməyə qədər Trampın başına bir iş gəlməməsidir". Siyasətçinin sözlərinə görə, artıq insanlar müharibədən, sanksiyalardan beziblər.