Orban Trampa sui-qəsd cəhdindən sonra belə qorunur
Macarıstanın Baş naziri Viktor Orban Baile Tusznad şəhərində çıxışı zamanı gülləkeçirməz jilet geyinib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın RTL telekanalı məlumat yayıb.
Məlumata görə, Orban pulemyotlu snayperlər və polis tərəfindən mühafizə olunub. Macarıstan baş nazirinin təhlükəsizliyi iyulun 13-də ABŞ prezidentliyinə namizəd Donald Trampa, eləcə də may ayında Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdindən sonra güclənib.