“Ordumuz oğru kimi yox, namuslu vuruşdu” - Ramiz Rövşən - VİDEO

"Həm 1 günlük, həm də 44 günlük müharibə dünya tarixində nadir savaşlardandır ki, bütün dünyanın gözünün qabağında hər nöqtəsinədək aydın şəkildə görsənir. Heç kimdən gizli heç nə yoxdur".

meqale.com xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.

O, hər şeyin göz önündə olduğunu qeyd edib: "Artıq rejissorların nəsə çəkməyinə ehtiyac yoxdur. Hazır çəkilib. Bütün cəsarət və qəhrəmanlıqla birlikdə bu ifadəni işlətmək olar: namuslu vuruşma. Oğru kimi yox, xəlvətdən mina təmizlənmiş yerə mina qoymaq yox. O, insan xislətı deyil. Biz isə açıq-aydın... Gücümüz budur".