Ordumuza məxsus yük maşını minaya düşdü - Şəhidlərimiz var
Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
meqale.com xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.