Ordumuzun zabiti vəfat edib - YENİLƏNİB - FOTO

11:10 Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Bu barədə meqale.com-a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

--------- 10:36

Toyda ölən hərbçinin FOTOsu:

-------

09:39

Goranboyda 40 yaşlı Yardımlı sakini dünyasını dəyişib.

meqale.com unikal-a istinadən xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

1984-cü il təvəllüdlü Yardımlı sakini Şərbətov Pərviz Əliqulu oğlunun toy məclisində vəziyyəti qəfil pisləşib və o ölüb.

Əldə edilən məlumata görə, ürəktutmasından ölən şəxs hərbçidir.