Orenburq dənizi xatırladır... - FOTOlar
Hazırda Rusiyanın Orenburq vilayətində daşqınlarla əlaqədar vəziyyət gərgin olaraq qalır.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Orenburqun meri Sergey Salmin öz teleqram kanalında açıqlayıb.
Onun sözlərinə görə, Ural çayında suyun səviyyəsi artmağa davam edir. Belə ki, çayda suyun səviyyəsi 1162 santimetrə çatıb və təhlükəli səviyyə hesab edilən 930 santimetri ötüb.
Bildirilir ki, ötən sutka ərzində 402 ərazi və 210 evi su basıb. Bununla da, su altında qalan ərazilərin ümumi sayı 5365-ə, evlərin sayı isə 2897-yə çatıb.