Osimhen üçün 50 milyon avroluq təklif
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Nigeriya millisinin futbolçusu Viktor Osimhen üçün ödəmək istədiyi məbləğ bəlli olub.
meqale.com xəbər verir ki, ərəblər İtaliyanın "Napoli" komandasının 26 yaşlı hücumçusuna illik 50 milyon avro maaş təklif etməyə hazırlaşır.
Bundan əvvəl Osimhen "Əl-Hilal"ın üç təklifini rədd edib.