Otelin sahibi həbs edildi
Türkiyənin Bolu bölgəsindəki Kartalkaya xizək mərkəzində 78 nəfərin həlak olduğu otel yanğını ilə əlaqədar saxlanılan 14 şübhəli arasında olan otel sahibi Halit Ergül həbs edilib.
meqale.com xəbər verir ki, iş adamı Halit Ergülün də daxil olduğu 8 nəfər prokurorluqda ifadələrindən sonra həbs tələbi ilə məhkəməyə göndərilib.
Digər 6 nəfərin məhkəmədəki prosedurları davam edir.