Ötən ay 68 nəfər dərmandan zəhərlənib

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib.

Ötən ay 68 nəfər dərmandan zəhərlənib
Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub. Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərlənib. Digərlərindən 3-ü allergik reaksiyadan, 6-ı isə botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 14 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 2-si kişi, 2-i qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib.