“Övladımla bağlı etdiyi qarğış tutdu”

Aparıcı Afaq Gəncəli illər sonra etirafı ilə diqqət çəkib.

“Övladımla bağlı etdiyi qarğış tutdu”
Aparıcı Afaq Gəncəli illər sonra etirafı ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, Afaq RTV-də yayımlanan "Çərçivədən kənar" verilişində ona fəaliyyətinin ilk vaxtlarında qarğış edən tanınmış şəxsdən danışıb:

"Ad çəkməyəcəyəm. İndi münasibətim yaxşıdı. Əvvəllər fikirləşirdim ki, bəlkə də onu bağışlamaram. Çünki o, ah-nalə, qarğış edəndə mənim həyatımda hər şey yaxşı idi, heç nə baş verməmişdi. Süjeti çəkilən yox, yanındakı şəxsin xətrinə dəymişdi. O da kifayət qədər tanınmışdır. Sağ olsun, redaktorumuz da "kökündən vurmuşdu". Onun detalları ilə dediyi hər şeyi yaşadım. Bir anaya övladı ilə bağlı o kəlməni demək? Sənin işin mənimlədir, övladımla nə işin var?". (olay)