Öz səhvlərinə görə cavab vermək lazımdır - Zaxaravodan Paşinyana CAVAB

Öz səhvlərinə görə cavab vermək lazımdır.

Öz səhvlərinə görə cavab vermək lazımdır - Zaxaravodan Paşinyana CAVAB
Öz səhvlərinə görə cavab vermək lazımdır.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən deyib.

"Ermənistanın baş naziri son günlərdə çox açıqlamalar verib. Düşünürəm ki, bütün bu açıqlamaları sadəcə ümumiləşdirərək demək olar ki, öz səhvlərinə görə cavab vermək lazımdır, təqsirkar axtarmaq və hər bir bəhanə ilə bunu sonsuzadək etmək lazım deyil. Öz məsuliyyətini daşımaq lazımdır və bunu təqsir hesab edirlərsə, bu təqsiri və ya bu məsuliyyətin özünü başqasının üzərinə yıxmaq lazım deyil. Siyasətçinin, dövlət xadiminin yoldan ötən və öz ölkəsinin milli maraqlarını düşünməyən şəxsdən fərqləndirən cəhət də budur. Bir daha deyirəm: öz səhvlərinə görə cavab vermək lazımdır. Yoxsa bu bir qədər pis rəqqasın hekayəsinə bənzəyir", - o deyib.

Qeyd edək ki, Paşinyan "La Republica" qəzetinə müsahibəsində bildirib ki, Rusiya Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır.