Özbəkistan qondarma “seçkilər”i tanımır

Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Özbəkistan qondarma “seçkilər”i tanımır
Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.

"Daşkənd Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir", - nazirliyin bəyanatında qeyd edilib.

Qeyd edək ki, sentyabrın 9-da Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.

meqale.com