"Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir"
Bugünkü konfrans Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş nazirinin müavini Zulyxo Makkamova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib
"Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial var.
Özbəkistan qadın hüquqlarının genişləndirilməsi missiyasına qoşulur. Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atdı. 100-ə yaxın hüquqi sənəd qəbul edildi, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər təsdiq edildi",- deyə o əlavə edib.
Baş nazirin müavini qeyd edib ki, qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistem üzrə kredit verməyə başlayıb.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.