Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqləndi

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqləndi
Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin 2023-cü il 31 avqust tarixli Sərəncamı ilə təsdiq edilən dövlət müəssisələri bunlardır.

1. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:

- "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti;

- "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti.

4. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:

- "Azərikimya" İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);

- Karbamid zavodu;

- Metanol zavodu.

meqale.com